İqtisadiyyat

İtaliya şirkətindən TAP-la bağlı AÇIQLAMA

29 May 2017 09:29
Baxış: 3 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transadriatik boru kəmərinin (TAP) tikintisi "Şahdəniz-2" yatağından Azərbaycan qazının 2020-ci ildə Avropaya tədarükünə başlanılması planına uyğun olaraq davam etdirilir.

Milli.Az bildirir ki, bunu Trend-ə TAP-ın səhmdarlarından biri olan "Snam" şirkətindəki (İtaliya) mənbə deyib.

O qeyd edib ki, zeytun ağaclarının təhlükəsiz köçürülməsindən sonra kiçik tunellərin tikintisi üçün meydan hazırlanıb.

Mənbə bildirib ki, TAP və ümumilikdə "Cənub Qaz Dəhlizi" həm İtaliya, həm də bütün Avropa üçün çox mühüm layihədir:

"Cənub Qaz Dəhlizi" gələcəkdə Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi, eləcə də tədarükün təhlükəsizliyini gücləndirmək üçün konkret imkanlar təqdim edir".

O əlavə edib ki, "Snam" şirkəti öz təcrübəsi və imkanları ilə layihənin həyata keçirilməsi ilə bağlı müvafiq icazələrin alınması prosesində TAP-a dəstək verir və Xəzər qazının Avropaya nəzərdə tutulan müddətdə çatdırılmasını təmin etmək məqsədilə İtaliyada layihənin idarə edilməsi üzrə xidmətlər göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.