İqtisadiyyat

"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze

25 May 2017 14:37
0 Şərh     Baxış: 1 426

Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu olduqca böyükdür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu qonşu ölkənin baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze "Regionda Enerji Sammiti" mövzusunda keçirilən tədbirdə bildirib.

Baş nazirin müavini Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb.
 
"Biz bu gün Azərbaycan qazından asılıyıq. Belə ki, hazırda Gürcüstan yalnız Azərbaycanda təbii qaz alır. Bu isə bizim üçün çox vacibdir. Azərbaycan bizim strateji tərəfdaşımız olaraq Gürcüstana böyük həcmdə investisiya yatırır. Bizim birgə həyata keçirdiyimiz iri layihələr tezliklə başa çatacaq və biz əlavə həcmdə Azərbaycandan təbii qaz alacağıq", - energetika naziri qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.