İqtisadiyyat

Azər Türk Bankın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçmişlər

25 May 2017 12:25
Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 24-də Azər Türk Bank Gəncə şəhərində maliyyə-iqtisad yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar üçün Gəncə Dövlət Aqrar Universitetində təlim keçirmişdir.

Tədbiri açan Gəncə Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov iştirakçıları salamlamış, Azər Türk Bankın bu təşəbbüsünü alqışlamışdır.

Tədbirdə Bankın rəhbər işçiləri "Vaxtın səmərəli idarə edilməsi" və "Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu" mövzularında ­­­çıxış etmişlər.

Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmiş, təlimdə fəallığı ilə seçilən on tələbəyə Azər Türk Bank adından korporativ hədiyyələr təqdim edilmiş, iki tələbə isə Bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanmışdır.

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.