İqtisadiyyat

Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı

25 May 2017 11:10
Baxış: 2 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün "Made in Azerbaijan - 2" müsabiqəsi keçirib. Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim ediblər.

Dünən layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 6 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə Kapital Bank adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi 2000 AZN, ikinci yer 1500 AZN, üçüncü yer 1000 AZN ilə mükafatlandırılıb. Digər finalçılara isə korporativ hədiyyələr verilib.

"Ötən il Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində "Made in Azerbaijan" layihəsi keçirilib, həmçinin "İnnovativ Bankçılıq" laboratoriyası tələbələrin ixtiyarına verilib. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar təqdim edilib və ən yaxşıları seçilib. Kapital Bank gələcəkdə də İqtisad Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır", - deyə Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.