İqtisadiyyat

Kapital Bank-la “Nağıllara səyahət” davam edir

16 May 2017 11:11
Baxış: 1 532

Kapital Bank-ın 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Nağıllara səyahət" adlı sosial layihəsi davam edir. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunur.

Layihə çərçivəsində 20 may tarixində Lənkəran Dövlət Dram Teatrında "Ceyranın ad günü" tamaşası, 21 mayda isə Abdulla Şaiq adına Dövlət Kukla Teatrında "Tıq-tıq xanım" tamaşası nümayiş olunacaq. Tədbir zamanı həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə Kapital Bank adından hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihə çərçivəsində ötən həftənin istirahət günləri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında "Kəlilə və Dimnə" tamaşası və Gəncə Dövlət Dram Teatrında "Tıq-tıq xanım" tamaşası nümayiş olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.