Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin CNPC şirkəti ilə SOCAR GPC layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu II "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda "SOCAR Polymer" şirkətinin maliyyə direktoru Fuad Əhmədov deyib.
Onun sözlərinə görə, layihə ilə bağlı yekun investisiya qərarının 2018-ci ilin əvvəlinədək qəbul olunması planlaşdırılır.
Tikintinin 4 il - 2022-ci ilədək davam etməsi nəzərdə tutulub.
Milli.Az