İqtisadiyyat

TAP yenidən zeytun ağaclarının köçürülməsinə başlayacaq

20 Aprel 2017 20:28
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transadriatik qaz boru kəməri (TAP) üzrə tikinti çərçivəsində zeytun ağaclarının köçürülməsi prosesi yaxın günlərdə başlayacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə TAP-ın kommunikasiyalar üzrə şöbə müdiri Liza Qivert deyib.

Onun sözlərinə görə, İtaliya məhkəməsinin TAP üzrə işlərə yenidən başlanması barədə bu gün qəbul etdiyi qərardan sonra onlar yenidən bu prosesdə iştirak edən bütün hakimiyyət orqanları ilə əməkdaşlıq edəcəklər və layihənin qrafik üzrə reallaşdırılması üçün işi mümkün qədər sürətlə bərpa edəcəklər.

L.Qivert deyib ki, TAP İtaliya hökuməti tərəfindən təsdiqlənmiş sənədlərə uyğun olaraq zeytun ağaclarının köçürülməsi üçün işləri həyata keçirmək hüququna malikdir və bir neçə gün ərzində köçürülmə işlərinə yenidən başlayacaqlar.

Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.