İqtisadiyyat

Deputat: "Aparılan islahatlar bəhrəsini verir"

20 Aprel 2017 19:15
Baxış: 533

2017-ci ilk 3 ayının nəticələri qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların nə qədər səmərəli olduğunu aydın şəkildə göstərdi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev bütün bu məsələlərə toxundu və qarşıda yeni hədəflər qoydu.

Deputatın sözlərinə görə, sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur:

"İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Kənd təsərrüfatının inkişafı bir sıra səbəblərdən çox vacibdir. Bu sahəyə sərmayələrin yönəlməsi, sahibkarlara vergi imtiyazlarının verilməsi, istifadəsiz əkin torpaqlarının səmərəli istifadəsi, kənd sakinlərinin kütləvi şəkildə əmək fəaliyyətinə cəlb olunması, işsizliyin aradan qaldırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi məqsədləri təmin edir. Bu prosesin müsbət nəticələrini biz artıq müşahidə edirik".

K.Nəbizadə vurğulayıb ki, sənaye potensialı da güclənir, artıq bir necə sənaye parkı fəaliyyət göstərir:

"Bu parkların nəzdində bir çox yeni və müasir istehsal tələblərinə cavab verən zavod və istehsalat sahələri açılıb. Bu yeni iş yerlərinin açılması ilə bərabər, xarici idxalı əvəzləşdirmək, Azərbaycanda istehsal olunan məhsullardan istifadə edərək digər hazır məhsulların istehsalını yaratmaq və rəqabətli mallarla Azərbaycanın ixrac potensialının genişləndirməklə xarici valyutanın ölkəyə axınını təmin etmək deməkdir".

Deputat əlavə edib ki, turizm sahəsində də keçən il həyata keçirilən yeniliklər artıq öz bəhrəsini verir:

"Bu sahənin inkişafı üçün Azərbaycanda hər bir şərait var idi. Yol, nəqliyyat, mehmanxana və digər infrastruktur imkanlar mövcud idi, amma turistlərin Azərbaycana axını istənilən səviyyədə deyildi. Dövlət başcısı tərəfindən bu sahəyə diqqətin artırılmasından sonra turizm sahəsində də irəlləyiş baş verdi. Belə ki, "ASAN viza" sisteminin yaradılması ilə viza prosedurları sadələşdi, elektron viza sistemi tətbiq olundu. Nəticədə ölkəyə gələn xarici turistlərin sayı artıb və artmaqda davam edir. Bu, həm bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirlərinin, həm də ölkə büdcəsinə əlavə daxil olmaların artmasına gətirdi. Əminəm ki, ötən illərdə aparılan islahatların və iqtisadiyyatın restrukturizasiyası nəticəsində Azərbaycan iqtisadiyyatının bütün sahələrində inkişaf templəri bundan sonra daha da artacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.