İqtisadiyyat

Gürcüstanla Azərbaycan arasında pul köçürmələrinin həcmi artıb

15 Aprel 2017 10:57
0 Şərh     Baxış: 1 792

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 609,1 min dollar pul köçürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, 2016-cı ilin mart ayı ilə müqayisədə 268,9 min dollar və ya 63,84% çoxdur. 2017-ci ilin fevral ayı ilə müqayisədə cari ilin martında Gürcüstandan ölkəmizə pul axını 70,4 min dollar və ya 13,07% artıb.
 
Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 232,2 min dollar pul göndərilib ki, bu da 2016-cı ilin mart ayına nisbətən 366,9 min dollar və ya 42,40% çoxdur. Bu ilin mart ayı ilə fevral ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrin həcmi 11,6 min dollar və ya 0,95% artıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.