İqtisadiyyat

Təkərlərin qiyməti qalxdı: ƏN UCUZ XİDMƏT HARDADIR? - VİDEO

13 Aprel 2017 21:13
3 Şərh     Baxış: 2 155

Avtomobilində qış şinlərini yay şinlərinə dəyişmək istəyənlər bu xəbərə mütləq baxsınlar. Yeni təkərlərin qiymətləri ötən illə müqayisədə bir qədər artıb. Bəs bunun səbəbi nədir? Bazarda əsasən hansı təkərlər daha çox satılır? Bu sualların cavabını əməkdaşlarımız araşdırıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobil təkərlərinin yay şinlərinə keçidi ilə əlaqədar bazarda canlanma gözlənsə də, bu, baş verməyib.
MDB ölkələrində bəzi şin istehsalçıları qiymətləri 4-9% bahalaşdırdığından bazarlarda təzə təkərlərin qiyməti də artıb və nəticədə bu da alıcıların sayına təsir edib.
Əvvəlki illərdən fərqli olaraq, alıcılar daha çox qiyməti nisbətən münasib olan Koreya istehsalı olan təkərlərə üstünlük verirlər.
Satıcıların sözlərinə görə, Koreya istehsalı olan təkərlərin alınmasının əsas səbəblərindən biri brend məhsullar ilə qiymət fərqinin çox olmasıdır.
Təzə təkərlərin qiymətinin artması işlənmiş təkərlərin satışına da təsir edib. Alıcılar ucuz olduğuna görə işlənmiş təkər almağa üstünlük verirlər.
Satıcılar həmçinin onu da deyirlər ki, əgər dolların kursunda enmə davam edərsə, təkərlərin qiyməti də nisbətən düşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Təkərlərin qiyməti qalxdı

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Kami · 13 Aprel 21:2621

    Azerbaycanin devizi bele olmalidi - Bir defe qalxan qiymet bir daha enmez!

    Cavab yaz
  • Anonim
    E,N · 14 Aprel 07:4500

    mawini olan teker ala bilmirse,mashini olmayan nece,ayaqqabi ala bilirmi? I

    Cavab yaz
  • Anonim
    Kn · 14 Aprel 21:3800

    CamahatdA pul var?utamirlar helem protektor qalinliqi teleb edirler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.