İqtisadiyyat

Kapital Bank-dan futbola dəstək

6 Aprel 2017 12:50
Baxış: 1 150

Kapital Bank Sumqayıt şəhərində 10-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi "Futbol və Sağlam Həyat" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 500-dən artıq şagird iştirak edəcək.

Tədbirin açılış mərasimində veteran futbolçular, millət vəkili, ictimai xadimlər və digər rəsmi qonaqlar iştirak edirdi. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.