İqtisadiyyat

Neft-qaz sektorunun əməliyyat hesabının profisiti AÇIQLANDI

1 Aprel 2017 17:50
0 Şərh     Baxış: 2 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Azərbaycanda tədiyə balansının cari əməliyyat hesabının kəsiri 1,36 milyard dollar təşkil edib.

Milli.Az bildirir ki, Trend bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansına istinadən məlumat verir.

Balansdan məlum olur ki, ötən il Azərbaycan neft-qaz sektorunun cari əməliyyat hesabının profisiti 4,4 milyard dollar təşkil edib. 2015-ci ildə bu göstərici 6,55 milyarda bərabər idi.

2016-cı ildə xarici ticarət dövriyyəsinin ümumi həcmi 22,2 milyard dollar təşkil edib.

Hesabat dövründə Azərbaycan 186 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

2016-cı ilin yekunlarına görə, Azərbaycanın ehtiyat aktivləri 539 milyon dollar həcmində azalıb. 2015-ci ildə azalma 11,33 milyard dollara bərabər idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.