İqtisadiyyat

Novruz yarmarkaları açıldı: QİYMƏTLƏR

16 Mart 2017 23:59
4 Şərh     Baxış: 2 165

Novruz yaxınlaşdıqca bayram bazarlığı üçün alış-verişə çıxanlar da artır. İnsanlar sərfəli qiymətə bazarlıq üçün əsasən yarmarkalara üz tuturlar. Ancaq yarmarkalardakı qiymətlərdən heç də hər kəs razı deyil.

Yarmarkalarda tələbatın ən çox olduğu məhsul, Novruza uyğun olaraq, qoz-fındıq və badamdır. Bu məhsullar həm qabıqlı, həm də qabıqsız təklif olunur. Belə ki, qabıqlı qoz 6 manat, qoz ləpəsi - 16 manat, fındıq 7 manat, fındıq ləpəsi - 15 manat, badam - 10 manat, ləpəsi 19 manatdan başlayır. Ancaq daha yüksək məbləğə çərəz təklif edən satıcılar da var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kişmiş, iydə və digər meyvə qurularının qiyməti də müxtəlifdir.

Meyvə-tərəvəzin də həmçinin. Almanın kilosu 50 qəpikdən 3 manata qədər, banan 3 manat, mandarin 2 manat 50 qəpik-4 manat, apelsin 2-4 manat, kivi 3 manat, nar 3 manatdır.

Alıcılar isə əsasən meyvələrin bahalığından şikayətlənirlər. Yarmarkada qoyun əti 7 manat, mal əti 8 manatdan təklif olunur. Hinduşka ətinin 1 kilosunu isə 9 manata almaq olar.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalara 2000 tondan çox məhsul, 10 tondan artıq isə ət məhsulu çıxarılıb.

Lənkəranda da bayram yarmarkası təşkil olunub. Kənd təsərrüfatı məhsullarına tələbatı ödəmək məqsədilə keçirilən yarmarkaya 30-dan artıq şirkət və müəssisədən 450 tondan çox məhsul çıxarılıb. Yarmarkaya Lənkəran və ətraf rayonlardan müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyatlar gətirilib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Ehmed · 17 Mart 08:3010

    Lap sudan ucuz.camaat day bayram kecirtmir.bir bayram ucun gerek butun maasi xercleyesen.ne maas verilirki 150-200 manat.kimdi butun pulu bir gun ucun xerclesin.

    Cavab yaz
  • Anonim
    Ayaz · 17 Mart 09:1700

    Məqalənin başlığında Novruz yarmarkalarının keçiriləcəyi yeni ünvanlar yazılıb. Dizqqətimi çəkdi açdım və oxudum. Lakin ünvan qeyd edilməmişdi, mövzu da tam əhatə olunmamış, küçə leksikonunda lətifə kimi yazılmışdı. Oxuyan kimi adam başa düşür ki, yazan "peşəkardır'. Artıq hansı sənətin onu məqaləni oxuyan başa düşür.

    Cavab yaz
  • Anonim
    Əli · 17 Mart 10:2200

    Nəyi ucuzdur?

    Cavab yaz
  • Anonim
    Vugs · 17 Mart 10:4100

    Bəs ünvanlar?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.