Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhduduyyətlərin qoyulması barədə xəbərlər dərc olunub. MBNP-na bununla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, məsələnin ictimaiyyət üçün aydınlaşdırılması məqsədilə açıqlama verib. Palatanın Direktorlar Şurasının müşaviri Rüfət Abbasovun sözlərinə görə, MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib.
Məlum olduğu kimi 1 yanvar 2017-ci il tarixindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasında dair xüsusi rejim müəyyən edilib.
Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına banklardan nağd çıxarılan vəsaitlərin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunmuşdur.
Qanunun qüvvəyə minməsindən ötən iki ay ərzində MBNP tərəfindən yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar monitorinqlər aparılıb. Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib.
Maliyyə Bazarlarına Nəzarət Palatası həmçinin, biznes subyektlərini "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə dəvət edir.
Milli.Az
İqtisadiyyat
Hesabdan nağd pulun çıxarılmasına məhdudiyyətlə bağlı - PALATADAN AÇIQLAMA
16 Mart 2017 21:24
0 Şərh
Baxış: 1 304
DİGƏR XƏBƏRLƏR
- Azərbaycan nefti cüzi ucuzlaşdı
- Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
- ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!
- Türkiyədən idxal olunan mallar ucuzlaşacaq?
- Xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
XƏBƏR LENTİ
- Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
- "Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan
- Deputat Əli Kərimlini "TikTok"er adlandırdı
- Rafael İskəndərovdan ad günü VİDEOsu gündəm oldu - oğlu ilə...
- Əvəz Zeynallı ilə bağlı qərar verildi
- Culfada ağır yol qəzası - ölənlər var - FOTO
- Ətin qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO
- Sosial ödənişlər bu tarixdə yekunlaşacaq
- Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
- Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı
- Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
- 1 il ötdü - Ermənistanın uğursuz "blokada" şousu, Azərbaycanın qətiyyətli addımı
- 29 yaşlı “Tik-Tok” fenomeni öldü - FOTOlar
- Anjey Kasprşik – ATƏT-in fəaliyyətinin göstəricisi
- Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə
- Qazaxın 8 kəndinin işğalında iştirak edən ermənilər - Siyahı - FOTO
- "Çox sevirəm, onunla nəfəs alıram”
- Bakı və Moskvanı müttəfiqə çevirən səbəb... - Markov
- 14 illik xanımından boşandı
- Azərbaycanda toy çəkilişi müzakirələrə səbəb oldu - VİDEO
- ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR - YENİLƏNİB
- 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
- İran Azərbaycan və Ermənistan arasında razılaşmaları təqdir edir - Rəsmi Tehran
- Ramzan Kadırov sağalmaz xəstədir - FOTO