İqtisadiyyat

Azər Türk Bank Naxçıvanda gənclərə təlim keçdi

13 Mart 2017 16:40
Baxış: 913

Martın 11-də Azər Türk Bankın təşkilatçılığı ilə Mərkəzi Bankın dəstəyi əsasında Naxçıvan Dövlət Texniki Kollecində  "Müasir bank xidmətlərinin tətbiqi və marketinqi" mövusunda təlim keçirilib.

Təlimin əsas məqsədi - müasir bank xidmətlərinin tətbiq edilməsi zəminində marketinq fəaliyyətinin təşkilinə, xidmət sektorunda müştəriyönümlü xidmətin əsas planda olduğuna diqqətin yönəldilməsi olub. Uzunmüddətli hədəf isə gələcəkdə bank və maliyyə sahəsi üzrə gənc kadrların hazırlığına dəstəkdir.

Tədbirdə Azər Türk Bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru Leyla Məmmədova "Müasir dövrdə xidmət sektorunda marketinq fəaliyyətinin təşkili",  Azər Türk Bankın Naxçıvan filialının müdiri Vüsal Novruzov "Müştəriyönümlü xidmət və müştəri məmnuniyyəti", Mərkəzi Bankın Naxçıvan MR idarəsinin əməkdaşı Hafiz İsmayılbəyli "Bank sahəsində texnoloji yeniliklər və xidmətlər" mövzularında çıxış ediblər.

Təlimdə Naxçıvan Dövlər Universiteti, "Naxçıvan" Universiteti, Naxçıvan Dövlət Texniki Kollecinin bank, maliyyə və digər iqtisadiyyat yönümlü fakültələrinin tələbələri, eləcə də gənc sahibkarlar iştirak ediblər.

Təlimdən sonra iştirakçılardan 116 nəfərə sertifikatlar verilib, ən aktiv iştirakçılardan 2 nəfər bankda bir aylıq təcrübəyə dəvət olunub.

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.