Britaniyanın BP neft-qaz şirkəti OPEK-in Vena razılaşmasında iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazırdır, əgər bunu requlyatorlar özləri tələb edərlərsə.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BP-nin rəhbəri Robert Dadli deyib.
Onun sözlərinə görə, şirkət bu məsələni müstəq həll etmir. Bekə ki, bu məsələ BP-nin neft hasilatı ilə məşğul olduğu ölkələrin requlyatorlarının səlahiyyətinə daxildir.
Dadli deyib: "Bizim hazırda Əbu Dabidə istehsalımız var, və bu məsələni istehsala heç bir təsiri olmayacaq. Eləcə də Azərbaycan bu gün hasilatda bəzi azaltmalar aparacağını bəyan edib. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu, requlyatorun - həmin ölkənin işidi".
Milli.Az