İqtisadiyyat

2017-ci ildə "Şahdəniz" platformasında qaz hasilatı dayandırılacaq

1 Dekabr 2016 12:35
Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"BP-Azərbaycan şirkəti 2017-ci ildə Səngəçal terminalında aparılacaq texniki-profilaktik və təmir işləri ilə əlaqədar "Şahdəniz" platformasında qaz hasilatını dayandırmağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə BP-Azərbaycanın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, gələn il Səngəçal terminalının "Şahdəniz"dən məhsulları qəbul edən hissəsində təmir-bərpa işlərinin aparıması planlaşdırılır:

"Bu işlər yatağın ikinci mərhələsinin hazırlanması ilə bağlıdır. Bununla bağlı "Şahdəniz" platformasında işlər dayandırılacaq və eyni zamanda, profilaktika işləri aparılacaq. Bu, Cənubi Qafqaz boru kəmərinə qoşulmuş bölməyə təsir göstərəcək. Bununla bağlı Gürcüstan və Türkiyəyə qaz ixracı dayandırılacaq".

Onun sözlərinə görə, bu amil 2017-ci ilin iş planı və büdcədə əks olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.