İqtisadiyyat

Xaliq İskəndərov Amerika və Avropa bazarlarını ələ keçirdi - VİDEO

11 İyul 2016 16:43
4 Şərh     Baxış: 2 826

Qərbə yollanmış və uğur qazana bilmiş həmyerlilərimiz haqda çox yazılar yazılıb.

Milli.Az virtualaz-a istinadən bildirir ki, bunlardan biri də "Linen Micarta" şirkətinin həmtəsisçisi sumqayıtlı Xaliq İskəndərovdur. Onun şirkəti mobil telefonlar üçün çexolların yeni nəslinin dizaynı və istehsalı ilə məşğuldur.

Həmyerlimizin fikirləşib tapdığı yeni məhsul artıq Amerika və Avropa bazarlarını fəth etməkdədir. "Linen Micarta"nın smartfonlar üçün çexolları mobil telefon aksessuarları bazarında yenilikdir.

"Biz insanların çexollara olan münasibətini dəyişmək istədik. Son nəhayətdə, bu gündəlik həyatda ən çox işlətdiyimiz əşyalardandır. Artıq 10 ildən çoxdur ki, mobil telefonlar üçün aksessuarların dizaynı və istehsalı sahəsində işləyirəm. Yüzlərlə növ telefon çexolu görmüşəm. Ən əsası isə odur ki, mən onlarda çatışmayan cəhəti görmüşdüm - fərdilik və detallara diqqət", - Xaliq deyir.

Xaliqin və həmkarlarının səylərinin nəticəsi kimi ilk dəfə olaraq smartfonlar üçün qarolitdən (xüsusilə möhkəm şüşə lifi) hazırlanmış yeni çexol meydana gəlib. Yaradıcılarının sözlərinə görə, yeni çexol poladdan möhkəmdir, çox uzunömürlüdür. Smartfonun etibarlı müdafiəsini təmin edir və yaraşıqlıdır. Təbii dəridən hazırlanmış portmanat isə çexolun tərkib hissəsidir və onun funksionallığını artırır.

"Linen Micarta"nın dizayner bürosu Nyu-Yorkda və Ohayoda yerləşir. Şüşə lifli kompozit material Konnektikutda istehsal edilir və Ohayoda emal edilir. Çexollar üçün dəri Türkiyədən, rezin altlıq isə Çindən idxal olunur.

Redaksiyamız Xaliq İskəndərovu yaradıcılıq uğuru münasibətilə təbrik edir və bu işlərində ona gələcəkdə də müvəffəqiyyətlər arzulayır.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    nur · 11 İyul 2016 16:5000

    Qurur duyuruq

    Cavab yaz
  • Anonim
    /*/* · 11 İyul 2016 20:3100

    MƏN DƏ ELƏ BAŞA DÜŞDÜM Kİ COX AĞIR BİZNESDİR--

    Cavab yaz
  • Anonim
    Senan · 10 Mart 18:0000

    Mene onun email adresini tapmaga komeklik ede bilen olar?

    Cavab yaz
  • Anonim
    Senan · 10 Mart 18:0400

    Elaqee nece saxlamaq olar?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.