İqtisadiyyat

SOCAR zavod tikintisini niyə dayandırdı?

13 May 2015 13:52
Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisini dayandırması enerji bazarında konyukturanın dəyişməsi, uzunmüddətli qaz təminatı və digər məsələlərlə bağlıdır. Bunu Trend-ə SOCAR-ın İnvestisiyalar idarəsinin rəhbəri Vaqif Əliyev deyib.

Onun sözlərinə əsasən, SOCAR tam məsuliyyəti ilə bəyan edir ki, bu qərarın qəbul edilməsinə heç bir subyektiv və digər faktorlar təsir etməyib: "Son günlər mətbuatda və sosial şəbəkələrdə layihənin dayandırılması haqqında əsassız, həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır".

V.Əliyev qeyd edib ki, bu layihə üzərində xeyli müddət ciddi iş aparılıb, lakin göstərilən məsələlər yaranandan sonra layihəyə yenidən baxılıb və onun dayandırılması barədə qərar qəbul edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.