Vergilər Nazirliyi: "Nurgun Motors"un əmlakı siyahıya alınıb - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergilər Nazirliyi "Nurgun Group"a daxil olan "Nurgun Motors"un əmlakını siyahıya alıb
17:35
Bu barədə APA-ya Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.
"Nurgun Motors"un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub", - deyə nazirlik rəsmisi qeyd edib.
Borcun həcmi açıqlanmır.
----------
13:23
Vergilər Nazirliyi "Nurgün Group"un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb
Milli.Az AzNews.az-a istinadən xəbər verir ki, şirkətə məxsus "İnfiniti", "Renault", "Nissan" və "Ford" markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi "Nurgün Motors"un vergini vaxtında ödəməməsi göstərilir.
Məsələ ilə bağlı "Nurgün Motors"un marketinq şöbəsindən AzNews.az-a bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb: "Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq".
Lakin "Nurgün Motors"a aid olan böyük avtomobil salonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib. Onu da bildirək ki, informasiyanı dəqiqləşdirmək üçün adı çəkilən salonlara yollanan əməkdaşımız, orada hər-hansı təmir-bərpa işlərinin aparıldığını müşahidə etməyib. Sadəcə, salonların qapıları bağlı olub və nəinki işçilər, heç mühafizəçilər də gözə dəyməyiblər.
Qeyd edək ki, "Nurgün" Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. "Nurgun Group" "Nissan", "Ford", "Renault" və "İnfiniti" markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Onu da bildirək ki, mətbuatda "Nurgün Motors"un müştəriləri aldatması, bundan əlavə, keyfiyyətsiz avtomobillərin satışı ilə məşğul olması haqda tez-tez informasiyalar yayılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyib.






DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Bakıda BMW körpüdən aşdı - (Foto)
-
Bakıda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)





