İqtisadiyyat

Muğanbank Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıqda yeni uğurlara imza atır

15 İyul 2014 09:36
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Muğanbank" ASC 1992-ci ildə yaradılmış və artıq 22 ildir ki geniş əhali kütləsinə, müəssisə və təşkilatlara bütün növ bank xidmətləri göstərməklə ölkənin qabaqcıl maliyyə institutlarından birinə çevrilmişdir. Bank respublikamızın iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən layihələrində fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir.

Muğanbank - ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ildə Azərbaycandakı fəaliyyətinə dair hesabatlarına əsasən, "Muğanbank" ASC AYİB-in Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülmüşdür.

AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə "Muğanbank" ASC AYİB tərəfindən mükafatla təltif olunmuşdur.
Ən son nailliyətlərdən biri kimi qeyd etmək istərdik ki, Baker & McKenzie, BCP Securities (USA) və BNP Paribas (UK) qurumlarının dəstəyi, təşkilatçılığı və iştirakı ilə Muğanbank ASC üçün Avrokommersiya qiymətli kağızları proqramı yaradılmış və həmin proqram çərçivəsində ilk notlar buraxılaraq beynəlxalq bazarda yerləşdirilmişdir. Notların emissiyasından əldə olunan pul vəsaitləri bankın ümumi inkişafı istiqamətində istifadə olunacaqdır.

Xüsusilə vurğulamaq istərdik ki, Avrokommersiya qiymətli kağızları proqramı Azərbaycanda ilk dəfə Muğanbank tərəfindən beynəlxalq bazara çıxarılmışdır.
Bankın 2014-cü ilin I rübünə olan maliyyə hesabatına əsasən, Nizamnamə kapitalı 41.3 mln. manat, Məcmu kapital isə 51.6 mln. manat təşkil edir. Bu isə Mərkəzi Bank tərəfindən qarşıya qoyulan Nizamnamə kapitalının minimum həddinə çatmasının əsas göstəricisidir.

Qeyd edək ki, Muğanbank müştərilərinə daha keyfiyyəti xidmət göstərmək və regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaratmaq məqsədilə Respublikanın rayonlarında yeni filiallar açaraq xidmət şəbəkəsini genişləndirir.
Hal-hazırda Muğanbankın ölkə ərazisində 38 filialı və 7 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bankın həmçinin Moskva şəhərində də nümayəndəliyi fəaliyyət göstərir.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər.
Həmçinin bankın rəsmi saytı - www.muganbank.azFacebook səhifəlsini
izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış olmaq olar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.