İqtisadiyyat

Azərbaycan-Çin əməkdaşlığında yeni mərhələ - Yeni iqtisadi körpü qurulur

9 Dekabr 2025 12:03
Baxış: 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azturk Holding"in prezidenti Güləli Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfərlə Çinin Fushou bölgəsindədir.

Milli.Az xəbər verir ki, səfər zamanı Çin-Azərbaycan iqtisadi, hüquqi və biznes əməkdaşlığının genişləndirilməsi üzrə yüksək səviyyəli görüşlər keçirilir.

Program çərçivəsində Çin-Azərbaycan İqtisadi Əməkdaşlıq və "Azturk Holding" - Çin-Azərbaycan Biznes və Hüquqi Əməkdaşlıq Mərkəzinin açılışı, həmçinin "NeoOrdo" layihəsi üzrə əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır. Nümayəndə heyəti Fushou və Quançjou şəhərlərində rəsmilərlə investisiya və iqtisadi imkanları müzakirə edir.

"NeoOrdo" layihəsi Avrasiya ticarətinin rəqəmsallaşdırılmasını, Azərbaycanı isə regionun əsas tranzit mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Güləli Bağırov bildirib ki, Çin-Azərbaycan əməkdaşlığı hər iki tərəf üçün qazanclıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.