İqtisadiyyat

Azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri üçün xəritələr tərtib olunacaq

17 Mart 2025 10:40
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğaldan azad olunan ərazilərində mövcud olan xüsusi mühafizə olunan təbiət əraziləri üçün xəritələr tərtib olunacaq.

Trend-in əldə etdiyi məlumata görə, həmçinin, sözügedən ərazilərdə sanitariya-mühafizə zonası xəritələr də hazırlanacaq.

Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum qeyd olunan işlərin icrasını "Geodeziya və Kartoqrafiya Agentliyi" Publik Hüquqi Şəxsə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, agentliyə 38,6 min manat ödənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.