"Vətəndaşın müraciəti zamanı iradı varsa..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Özünüməşğulluq proqramı çərçivəsində verilən bütün aktivlərin, öncəliklə proqrama qəbul edilən hər bir şəxsin elektron kabineti yaradılır. Onların keçdiyi təlim proqramı ilə bağlı elektron kabinetdə məlumatlar olur. Təqdim edilən hər bir aktivin vətəndaş tərəfindən şəxsən qəbul edildiyi videoçəkiliş aparılır və həmin kabinetə yerləşdirilir".
Milli.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçkirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur: "Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyinin, baytarlığın sertifikatları, yoxlama, sağlamlıq arayışları orada olur. Əgər avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları olur. Bu sertifikatlarla birlikdə vətəndaş özü şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır".
S.Babayev əlavə edib ki, videoçəkilişlərin hamısı nazirliyin elektron səhifəsinə açıq şəkildə qoyulur: "Sizə müraciət edən şəxslərin ad-soyadı və FİN nömrəsi ilə elə qəbul zamanı təqdimat prosesinə baxa bilərsiniz. Mən öz vətəndaş qəbullarımda da eyni qaydada edirəm. Vətəndaşın müraciəti zamanı əgər özünüməşğulluq aktivləri ilə bağlı iradı varsa, kompüterdə açıb baxırıq və vətəndaşla birgə analiz edirik. Əlavə olaraq, imzalanmış müqavilə çərçivəsində qeyd olunub ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də ona zəmanət verilir, 30 gün müddətində dəyişdirilir.
Amma əgər vətəndaş 6 ay sonra gəlib deyəcəksə, verilən aktiv indi işləmir, əlbəttə ki, zəmanət müddəti keçdiyinə görə dəyişdirilmir. Düşünürəm ki, özünüməşğulluq proqramı Azərbaycanın ən uğurlu layihələrindən biridir. Dünya Bankı müxtəlif ölkələrdə həyata keçirdiyi özünüməşğulluq layihələri içərisində ən uğurlu layihələrdən biri kimi ali mükafatlarından birini bu proqrama verib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir
-
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub - (Video)
-
"Neftçi" azarkeşləri məşəl yandırdı - (Video)
-
“Atam və anamdan çox o, mənə dəstək oldu“ İradə İbrahimova
-
"Mançester Siti" qələbə qazandı
-
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
-
Pensiya artımı ilə bağlı tarix açıqlandı
-
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - Lalə Məmmədova
-
Roma Papası xəstəxanadan evə buraxıldı
-
Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq ölüb
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)





