Əmanət faizləri ilə bağlı qaydalar dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gələn ildən Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması qaydası dəyişir.
Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Məlumata görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azad idi.
Azadolmanın müddəti bu il fevralın 1-də bitdiyindən həmin tarixdən banklar əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutur.
Əhalinin vergi yükünün azaldılması və əmanətlərin uzunmüddətli yerləşdirilməsinin təşviqi məqsədilə Vergi Məcəlləsində bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlbində məbləğdən asılı olaraq yeni dəyişikliklər edilib.
Belə ki, yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycandakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir.
Bundan başqa, qanunvericiliyə hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsinin fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı dəyişiklik olunub. Digər hallarda faiz gəlirlərindən banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması nəzərdə tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
Qızılı çox olanlara pis xəbər
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Dünya bazarlarında neft bahalaşdı
XƏBƏR LENTİ
-
“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
-
Kollina Azərbaycandadır - (Video)
-
Tacir Şahmalıoğl mədəkiçiltmə etdirdiyini etiraf etdi
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
-
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
-
Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto/Video)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib





