İqtisadiyyat

Ən azı 100 il Avropa donmayacaq: Bakı sözünə sadiqdir

3 Fevral 2023 15:15
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan paytaxtı növbəti beynəlxalq tədbirlərdən birinə ev sahibliyi edir. Avropanın enerji təchizatında mühüm rol oynayan Azərbaycan nazirləri, beynəlxalq təşkilatların nümayəndələrini paytaxtda qəbul edir. Mühüm enerji mərkəzi olaraq Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası keçirilir. Dövlət rəsmiləri ilə yanaşı, nüfuzlu diplomatların, ekspertlərin qatıldığı tədbirdə Azərbaycanın Avropanın qaz təchizatı, ölkənin qaz ehtiyatları ilə bağlı səslənən fikirlər nüfuzlu telekanalların, medianın baş xəbərinə çevrilib.

Xüsusən də, prezident İlham Əliyevin Azərbaycanın təbii qaz ehtiyatlarınnın ölkənin və tərəfdaş dövlətlər üçün ən azı yüz il kifayət edəcəyini bəyan etməsi ciddi rezonans doğurub. Nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında prezident daha bir mühüm məsələtə toxunub. Bildirib ki, bu gün  Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birgə iki investisiya layihəsi həyata keçirilir. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır. Konkret misal da göstərilib. Məsələn, işğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradılacağı, qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət ediləcəyi nəzərdə tutulub.

Beynəlxalq tədbirdə xüsusilə Azərbaycanın regionun, daha böyük miqyasda isə Avropanın enerji təhlükəsizliyində buna qədər və hazırda oynadığı son dərəcə mühüm roldan danışılıb. Bərpa olunan enerji mənbələrinin və enerji keçidinin oynayacağı rol, eləcə də külək və günəşdən və potensial olaraq hidrogendən təkcə daxili bazar üçün deyil, həm də elektrik enerjisi və ya boru kəmərləri şəklində Avropaya ixrac oluna və onun daha geniş enerji təhlükəsizliyinə töhfə verə bilən resurslar haqqında müzakirələr aparılıb.

Ən önəmli olan həm də odur ki, tədbirdə Azərbaycanda külək enerjisi üçün böyük potensialın mövcud olduğu, onun ölkə daxilində istifadə oluna biləcəyi bildirilib. Müəyyən şərtlər daxilində təbii qazdan istifadəni qismən əvəz edə biləcəyi, eyni zamanda ixrac oluna biləcəyinə toxunulub. İndi Azərbaycandan elektrik enerjisini Gürcüstan vasitəsilə Qara dənizə çatdırmaq və Avropa ilə birləşmək və enerji təhlükəsizliyini yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi hədəflərinə doğru irəliləyiş etmək təklifi var.

Beləliklə, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib. Azərbaycan bu böhranlı vəziyyətdə  Avropa üçün xüsusi önəm kəsb edir. Enerji siyasətinin istiqamətləri - Avropanın enerji bazarında mühüm faktora çevrilməsi və yaşıl enerjidən tətbiqin artırılmasına xidmət edir.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.