İqtisadiyyat

"Bunun üçün milyardlarla vəsait xərclənir"

1 Dekabr 2022 18:45
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Laçın rayonu Azərbaycanda böyük strateji-iqtisadi əhəmiyyətə malikdir.

Bunu Trend-ə iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, rayonun relyefi dağlıq olduğundan burada kənd təsərüffatını inkişaf etdirmək üçün yaxşı şərait var.

"İşğaldan əvvəl rayonun əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıqla məşğul olub. Rayonda tikinti əhəmiyyətli materiallar, enerji mənbəyi olan dağ çayları, turizm əhəmiyyətli sular və məkanlar da mövcuddur. Mineral su ehtiyatlarının mövcudluğu içki sənayesində də xüsusi rol oynaya bilər. Bundan başqa, Laçın rayonunda turizmin inkişafı üçün də münbit şərait var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bütün bunlardan maksimum yararlanmaq lazımdır", - o vurğulayıb.

Ekspert qeyd edib ki, hazırda hökumət işğaldan azad edilən torpaqları mina və partlamamış sursatlardan təmizləyərək infrastruktur qurmaqla məşğuldur.

"Bunun üçün milyardlarla vəsait xərclənir. Bu rayonların iqtisadi dövriyyəyə qayıtması, səmərəli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi üçün tədbirlər görür. Otuz il ərzində düşmənlərimiz buraları dağıdıb və iqtisadiyyat məhv edilib. Hazırda dağıdılan infrastruktur və iqtisadiyyat bərpa edilməkdədir. Laçında hava limanının inşası regionun və iqtisadi zonanın inkişafına böyük təkan olacaq. Bundan sonra da azad edilən bölgələrdə insanlar məskunlaşdıqdan sonra bu rayonlar iqtisadiyyatımıza töhfə verəcəklər", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanın Laçın rayonunun erməni işğalından azad edilməsindən iki il ötür.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.