İqtisadiyyat

Muğanbankın AYİB ilə birgə layihəsi uğurla tamamlanıb

8 Sentyabr 2022 16:50
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Yenindənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi tərəfindən maliyyələşdirilən proqram uğurla başa çatıb. Yerli maliyyə sisteminin dayanıqlılığının artırılmasına və mikro, kiçik və orta müəssisələrin kreditləşməsinin stimullaşdırılmasına yönəlmiş proqramda "Muğanbank" ASC iştirak edib.

Proqramın birinci istiqaməti strategiyanın gücləndirilməsi və biznes planlaşdırmanın möhkəmləndirilməsi, risklərin idarəedilməsi, informasiya texnologiyaları və problemli kreditlərin həlli məsələlərinə yönəlmişdi. İkinci istiqamət isə kredit əməliyyatları, marketinq strategiyası, işçilərin təlimi, monitorinqi və bərpa bölmələrinin yaradılması yolu ilə KOS-ların maliyyə imkanlarının genişləndirilməsinə yönəlmişdir.

Layihənin bağlanmasına həsr olunan tədbirdə çıxışı zamanı AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova proqramın uğurla başa çatdığını vurğulayıb.

Əlavə olaraq Azərbaycan Maliyyə Vasitələri Potensialının Gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq Proqramının həyata keçirilməsində uğurla iştiraklarına görə Muğanbankın İdarə Heyətinin Sədri Elnur Abbasov, Baş direktoru Asif Əzizov, Biznes proseslərinin idarəedilməsi departamentinin direktoru Novruz Qocalı, İnformasiya Texnologiyaları departamenti direktorunun müavini Vadim Qreçnev və Kreditlərin monitorinqi və layihələrin maliyyələşdirilməsi şöbəsinin baş mütəxəssisi Elman Eminov sertifikat ilə təltif edilmişdirlər.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.