İqtisadiyyat

Avqust ayından Ağdamda bu tikinti işlərinə başlanılacaq

6 İyul 2022 15:55
Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqust ayından Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlanması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ağdam Sənaye Parkında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Sənaye Parkının rezidentləri ilə görüşüb.

Görüşdə rezidentlərin Parkın ərazisində yerləşməsi, infrastruktur təminatı, tikinti işlərinə başlanması və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, artıq Sənaye Parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır.

Məlumat üçün bildiririk ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.