İqtisadiyyat

"Ukraynada hərbi əməliyyatlar bitəndə..." - VİDEO

1 İyul 2022 08:01
Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta Dəhliz) Azərbaycan və Gürcüstanın ümumi mənafeyi naminə Şimal Dəhlizi ilə daha rəqabətli ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Gürcüstanın Poti limanını idarə edən "APM Terminals Poti" şirkətinin kommersiya direktoru İen Roulinson deyib.

"Ukraynada hərbi əməliyyatlar bitəndə və regionda vəziyyət normallaşan zaman Orta Dəhliz rəqabət qabiliyyətli olması üçün onun şəffaf dəmir yolu və dəniz nəqliyyatı əlaqələrinin yaradılmasında son dərəcə səmərəliliyi lazım olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı qeyri-müəyyənlik, eləcə də COVID-19-un, xüsusən də Çində davam edən fəsadları qlobal təchizat zəncirinə birbaşa təsir etdiyi üçün bu ili proqnozlaşdırmaq çox çətindir. Ancaq bu gün ənənəvi olaraq Rusiyadan keçən Çin yükləri Orta Dəhliz vasitəsilə səmərəli şəkildə daşınır.

Kommersiya direktoru bildirib ki, Belarus və Polşa sərhədində yüklərin keçməsində müəyyən çətinliklər olsa da, Çin və Avropa arasında Rusiya dəhlizi kifayət qədər yaxşıdır. Bu gün Orta Dəhlizdə iştirak edən bütün oyunçular Mərkəzi Asiya-Qafqaz bazarı konsepsiyasını Çin bazarının bir hissəsi kimi təbliğ etməlidirlər, çünki İ.Raulinsonun fikrincə, Çin bazarı sonda yenidən açıldıqda Şimal Dəhlizinə qayıtmağa meylli olacaq:

"Şimal Dəhlizi Gürcüstan və Azərbaycanın qarşılıqlı faydası üçün yenidən açıldığı zaman Orta Dəhliz yüksək rəqabət qabiliyyətini saxlayacaq. Yol boyu ölkələr üçün infrastruktur və kommunikasiyalardan yararlanmaq və sonra yerli sənayeləri inkişaf etdirməyə başlamaq imkanları çox böyükdür".

İ.Raulinsonun qeyd edib ki, həm Azərbaycanda, həm də Gürcüstanda kiçik və orta müəssisələri dəhlizin yaratdığı əlaqə yaratmalı və ondan faydalanmalı və buna görə də iqtisadi artımı stimullaşdırmalıdır:

"APM Terminals" Azərbaycan, eləcə də Qazaxıstan və Özbəkistandan olan tərəfdaşlarla sıx əməkdaşlıq edir. Biz, həmçinin, Poti-ni Avropa limanları ilə - Rumıniya, Bolqarıstan və Türkiyə kimi ölkələrdə birləşdirən bütün əsas gəmi xətləri ilə və Orta Dəhlizin səmərəliliyini və şəffaflığını təmin etmək üçün Avropa dəmiryol operatorları, xüsusən də Polşa və Almaniya ilə işləyirik".

İ.Roulinson həmçinin qeyd edib ki, "APM Terminals" bütün regionda kommunikasiyaların yaxşılaşdırılması üçün Azərbaycan tərəfdaşlarla fəal əməkdaşlıq edir:

"Biz Bakı limanı ilə sıx əməkdaşlıq edirik. Biz, həmçinin Azərbaycan Dəmir Yolları (ADY) ilə iki ölkə arasında yüklərin səmərəli şəkildə daşınmasına əmin olmaq və müştəri təcrübəsinin müsbət olması üçün Orta Dəhliz boyunca əlaqələrin təkmilləşdirilməsi perspektivləri üzərində işləyirik".

Kommersiya direktorunun sözlərinə görə, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və Azərbaycandakı iri istehsalçılar da öz növbəsində Gürcüstana ehtiyac duyurlar. "APM Terminals" davamlı olaraq bir neçə kifayət qədər böyük şirkətlə sıx əməkdaşlıq edir:

"Biz bir sıra Azərbaycan şirkətləri ilə işləyirik. Orta dəhlizə gəlincə, Azərbaycan və Gürcüstanın, xüsusilə Poti limanının ümumi uğuru üçün tranzit dəhlizinin təkmilləşdirilməsi istiqamətində birgə işləmək lazımdır".

Şirkətin dövriyyəsi barədə danışan kommersiya direktoru qeyd edib ki, "APM Terminals" 2022-ci ilin birinci rübündə Poti limanına və limanından yükdaşımalarda əhəmiyyətli artım qeydə alıb.

O qeyd edib ki, Ukrayna hadisələri Qafqaz regionunu malların idxalı və ixracı imkanları baxımından problem qarşısında qoyub. Eyni zamanda, son bir-iki ayda ən azı qısa müddətdə yükdaşımalarında kifayət qədər əhəmiyyətli artım müşahidə olunub. Onun sözlərinə görə, hazırda ümumi qeyri-müəyyənlik olduğu üçün bu artımın nə dərəcədə sabit olacağını söyləmək çətindir.

O bildirib ki, ticarət strukturunda baş verən dəyişikliklər nəticəsində 2022-ci ildə konteyner daşımaları Qara dəniz regionuna və xüsusən də Gürcüstana adi həcmdə qayıtmağa başlayıb:

"Bu gün biz Qafqazda, eləcə də Xəzərin o tayında, Mərkəzi Asiyada qonşularımızdan böyük maraq görürük. Onlar Çindən gələn və son bir neçə il ərzində Rusiyadan keçən mallara gəldikdə, Orta Dəhliz boyunca dəmir yolu əlaqələrinin inkişafında maraqlıdırlar, amma son vaxtlar görürük ki, onlar Qazaxıstandan Xəzər vasitəsilə Azərbaycana, oradan da dəniz yolu ilə Avropaya çatdırılmaq üçün Gürcüstanın Poti limanına gəlirlər. Buna səbəb Rusiyadan keçən Şimal Dəhlizindən indi istifadənin sadəcə olaraq qeyri-mümkün olmasıdır".

Bu gün ötürmə qabiliyyəti ildə təqribən 500-550 000 TEU təşkil edir ki, bu da keçən il 300 000 TEU-dan bir qədər çox yükün daşındığı vaxtdan çoxdur - ümumi tutumun təxminən 60 faizi. Şirkət rabitə və yük axınını daha da yaxşılaşdırmaq üçün regional tərəfdaşlarla sıx əməkdaşlıq edir

Kommersiya direktoru limanın genişləndirilməsi layihələrindən və Gürcüstan hökuməti ilə əməkdaşlıqdan da danışıb:

"Biz artıq dalğaqıranın yenidən qurulmasına başlamışıq. Poti limanının əsası 1858-ci ildə qoyulub, buna görə də infrastruktur mövcud obyektin saxlanması xərclərimizin əhəmiyyətli hissəsini təşkil edir. Bu layihə dalğaqıranın hələ də güclü olmasını və xüsusilə qışda limanı pis hava şəraitindən qorumaq üçün kifayət qədər böyük olmasını təmin edir".

Kommersiya direktorunun sözlərinə görə, daha bir böyük investisiya birinci ilə bağlı olan layihədir - yeni dalğaqıran və iki yeni dərin su körpüsünün tikintisi.

"Bunlar dərinliyi 15 metr olan yanalma körpüləri olacaq və hər biri bu gün Qara dənizə daxil olan ən böyük gəmiləri qəbul edə biləcək. İndi bu layihə hökumətin təsdiqini gözləyir", - deyə o əlavə edib.

İ.Roulinsonun qeyd edib ki, "APM Terminals" Qafqazda və onun hüdudlarından kənarda əlaqəni yaxşılaşdırmaq üçün regional dəmir yolu təşkilatları ilə də sıx əməkdaşlıq edir:

"Orta dəhlizdən danışırıqsa, o, bütün Qara dəniz və Xəzər dənizi boyunca dəmir yolları və gəmiçilik şirkətləri tərəfindən istifadə olunan mürəkkəb təchizat zənciridir. 13 tərəf iştirak edir - Çin-Qazaxıstan sərhədindən Poti limanına qədər. Biz yük axınının səmərəli və etibarlı şəkildə axması üçün onu idarə etmək və ona nəzarət etmək üçün dəmir yolu şirkətləri ilə sıx əməkdaşlıq edirik".

"APM Terminals" Danimarkanın "Maersk" gəmiçilik şirkətinin nəqliyyat və logistika bölməsinin bölməsi olan, baş ofisi Niderlandda yerləşən liman əməliyyat şirkətidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.