Dünyada ilk dəfə Azərbaycanda... - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən yükdaşıyan barj inşa edilib.
Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.
Bildirilir ki, "ACB Argymak" adlı barjın layihə müəllifi və sifarişçisi "Caspian Mainport Aktau"LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodunda başlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanıb.
Daha sonra layihənin icrası üçün "Caspian Mainport Aktau"LLP/ CMİ Offshore Group ilə ASCO arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub.
Azərbaycanda ASCO-ya məxsus "Zığ" Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb. Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, "Zığ" GTTZ-nin və "Xəzər" MMC-nin insan və texniki resursları da səfərbər edilib. Barj qısa müddətdə tamamlanıb. Artıq "ACB Argymak"ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın "RINA Services S.p.A." Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir. Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada "Kaşaqan" yatağında istismar olunacaq.
Unikal layihənin uzunluğu 56 metr, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə bərabərdir. " ACB Argymak" 6 nəfərdən ibarət heyətlə idarə olunacaq.
Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir.
Qeyd edək ki, dünyanın ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)





