İqtisadiyyat

Ən çox üstünlük verilən bağ evləri bunlardır

20 İyun 2022 16:52
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay tətili mövsümünün başlaması ilə əlaqədar Bakıətrafı kəndlərdə, dənizə yaxın ərazilərdə bağ evlərinə tələbat artır.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, hazırda dənizkənarı yerlərdə ən bahalı torpaq və kirayəlik evlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanıdadır.

"Ən çox üstünlük verilən bağ evləri həyətində hovuzu olanlardır. Belə evlərin ikiaylıq kirayəsi təmirindən, otaq sayından aslı olaraq yay mövsümündə azı 3 500 manatdan yuxarı olur. Həyətində hovuzu olan evin qiyməti həmişə bahadır", - o bildirib.

Elnur Azadov qeyd edib ki, ötən il Abşeron çimərliklərinin yaxınlığındakı bağlara tələb dəfələrlə çoxalmışdı. Belə ki, gücləndirilən karantin məhdudiyyətləri insanları şəhər mənzillərindən kınay yerlərə getməyə məcbur edirdi.

"Çimərlik istirahətinə və bağ evlərinin kirayələrinə olan marağın kəskin şəkildə artması orada daşınmaz əmlak tikintisində də sürətli artıma səbəb oldu. Bu bazarın mütəxəssislərinin dediklərinə görə, yuxarıda göstərilən meyillər fonunda tikinti üçün torpaq sahələrinə maraq artdı və sahil zonasındakı evlər çoxaldı. Bu kimi reallıqlara təklifin artması səbəb olmuşdu, lakin cari mövsümdə vəziyyət ötənilki kimi deyil", - deyə ekspert bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.