İqtisadiyyat

"Qarabağa səfərin hər mərhələsi xoşuma gəldi"

18 İyun 2022 14:52
Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağda infrastrukturun sürətli inkişafı heyranlıq doğurur.

Bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərindən olan səyahətçi Priti Sinqh bir qrup beynəlxalq səyahətçinin Qarabağa səfəri zamanı deyib.

"Qarabağa səfər çox gözəl idi, hər mərhələsi mənim xoşuma gəldi. Burada infrastrukturun inkişafı, hər şeyin tez bir zamanda işə salınması heyranlıq doğurur", - deyə o bildirib.

O əlavə edib ki, Qarabağdakı dağıntılar onu sarsıdıb.

"Bu, çox kədərlidir, amma fikrimcə, Azərbaycanın bərpa ilə bağlı bütün təşəbbüsləri vətəndaşlar üçün zəruri şəraitin yaradılmasında böyük addım olacaq", - səyahətçi deyib.

P.Sinqh əlavə edib ki, Azərbaycanın məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün göstərdiyi səylərdən heyranlıq duyur.

"Ağıllı kənd" konsepsiyası gördüyümüz bütün dağıntılardan sonra həqiqətən də heyrətləndirir", - deyə o bildirib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş Zəngilanın Ağalı "ağıllı kəndi"ndə olub. 10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində "ağıllı həllər"lə tanış olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.