İqtisadiyyat

Azərbaycan səmərəli layihələr yarada bilər - Niderlandlı ekspert

3 İyun 2022 11:07
0 Şərh     Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan həm günəş, külək enerjisi və hidrogenə, həm də karbohidrogenlərə investisiyaları əhatə edən hərtərəfli səmərəli layihələr yarada bilər.

Bunu Trend-ə niderlandlı siyasi risklər və enerji məsələləri üzrə ekspert Siril Viddershoven deyib.

"Əgər bərpa olunan enerji mənbələrindən iqtisadi səmərəli üsullarla elektrik enerjisi istehsal etmək mümkün olsa, bu təkcə "təmiz" enerjiyə keçidə kömək etməyəcək, həm də ətraf mühiti təmizləyəcək və karbohidrogen ehtiyatlarını ixrac üçün azad edəcək. Bu, hər mənada uduşlu vəziyyətdir. Bəlkə də Azərbaycan Aİ, Böyük Britaniya və digər ölkələrlə həm günəş, külək enerjisi və hidrogenə, həm də karbohidrogenlərə investisiyaları əhatə edən hərtərəfli səmərəli layihələrin yaradılması barədə düşünməlidir", - deyə o bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinə gəldikdə, ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi kommersiya baxımından həyat qabiliyyətli marşrut kimi qəbul edilir.

"Növbəti 10-15 il ərzində təbii qaz və neftin əlavə tədarükü zəruri olacaq. Avropada bərpa olunan enerji sahəsində strategiyaların enerji ehtiyatlarına tələbatın ödənilməsində yetərli olmayacağını nəzərə alsaq, müxtəlif tədarük marşrutları lazımdır. Təkcə mayeləşdirilmiş təbii qaza arxalanmaq məqsədəuyğun deyil, belə ki, bu məhsul çox bahadır və bazarda real rəqiblərin sayı çoxdur. Mərkəzi Asiyadan qaz kəmərlərinin genişləndirilməsini nəzərdə tutan uzunmüddətli layihə lazımdır. Azərbaycanın nəhəng ehtiyatları, eləcə də Cənub Qaz Dəhlizini digər ölkələrin ehtiyatları ilə əlaqələndirmək imkanı onun gələcək potensialını artırır", - ekspert deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.