İqtisadiyyat

"TEKNOFEST-də investorların da iştirakı buna imkan verəcək"

26 May 2022 14:37
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda TEKNOFEST festivalında 25 ölkədən 50-dən çox komanda və mindən çox iştirakçı yer alır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, komandalar dörd gün ərzində öz layihələri üzərində işləyəcək.

Festivalda investorların və vençur fondlarının rəhbərlərinin iştirakı bu layihələrə investisiya cəlb etməyə imkan verəcək.

"TEKNOFEST-in iştirakçıları pul mükafatları ilə yanaşı, böyük təcrübə də qazanacaqlar. Festivalda iştirak bu komandalara həm də gələcəkdə texnika və texnologiya istehsalçı şirkətləri kimi formalaşmağa imkan yaradacaq", - nazir deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.