İqtisadiyyat

Almaniya ərzaq təhlükəsizliyinə 4 milyard avro ayırır

19 May 2022 08:53
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə bu il 4 milyard avro ayıracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-də ərzaq təhlükəsizliyinə dair keçirilən konfransda deyib.

"Almaniya bu il ərzaq təhlükəsizliyi üçün 4 milyard avro ayırır. Almaniya hakimiyyət orqanları bu maliyyə limitlərindən kənara çıxmağa hazırdır", - deyə nazir bildirib.

"Acı həqiqət ondan ibarətdir ki, qlobal ərzaq böhranı bir neçə saatda həll edilə bilməz. Aclığa səbəb olan bütün amillərə diqqət yetirməliyik", - deyə XİN rəhbəri bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.