İqtisadiyyat

50 tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək - İnam Kərimov

18 May 2022 12:18
2 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisində jurnalistlərə deyib.

O bildirib ki, israilli həmkarı ilə birlikdə həmin tələbələrlə görüşüb.

"Hesab edirəm ki, bizim gənc mütəxəsislərimizin həm İsraildə, həm Türkiyədə və digər ölkələrdə öz təhsillərini davam etmələri və təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq", - deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.