İqtisadiyyat

Almaniyada elektrik enerjisi və ərzaq bahalaşır

16 Aprel 2022 08:38
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada elektrik enerjisi və ərzaq qiymətləri artmaqda davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə ortalama rüblük qiymət artımı 6,2 faiz təşkil edib. O cümlədən çörəyin qiyməti 7,1 faiz, kərə yağının - 30 faiz artıb. Ümumlikdə mart ayında inflyasiya 7,3 faiz səviyyəsində qərarlaşıb.

Qeyd olunur ki, istehlakçıya qədər olan tədarük zəncirində qiymətlərin artımı xüsusi narahatlıq yaradır.

Belə ki, ötən ilin fevral ayı ilə müqayisədə istehsalçılar taxılın qiymətini 33 faiz, kartofun qiymətini - 88 faiz, südün qiymətini isə 30 faiz qaldırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.