İqtisadiyyat

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib

18 Yanvar 2022 14:52
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

"Startap" şəhadətnaməsi "Pickpoint" MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması (www.poste.az), "Smor" MMC-nin avtomobil ehtiyyat hissələrinin satışı üçün marketpleys (www.smor.az), "Maestro Company Limited" MMC-nin məişət xidmətləri üçün veb platforma (www.izzidone.com), "Documood" MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma (www.documood.az) və "Pay2play" MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az) layihələri üçün təqdim edilib.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.