İqtisadiyyat

Bakı Fond Birjasının ticarət dövriyyəsi ilk dəfə 15 milyard manatı keçib

17 Yanvar 2022 13:01
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Fond Birjasının 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15 milyard manatı keçərək 15,3 milyard manat təşkil edib.

Birjadan Trend-ə verilən məlumata görə, kapital bazarının inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq ümumi ticarət həcmində, korporativ qiymətli kağızlar bazarında və repo əməliyyatlarında Bakı Fond Birjası tarixinin ən yüksək nəticələrini əldə edib.

Bazar kapitalizasiyasının həcmi 4,3 milyard manata yüksələrək Bakı Fond Birjasının tarixində ən yüksək göstəriciyə çatmışdır. Korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınmış və ümumi məbləği 376 milyon manat olan 33 yerləşdirmə həyata keçirilmişdir. Müqayisə üçün qeyd etmək olar ki, 2018-2020-ci illər ərzində Bakı Fond Birjasında ümumi məbləği 350 milyon manat olan 26 korporativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilmişdir.

2021-ci il repo əməliyyatlarının həcmi üzrə 7,2 milyard manat olmaqla Bakı Fond Birjasının tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınmışdır. Müqayisə olaraq, 2018-2020-ci illər ərzində bu göstərici ümumilikdə 3,8 milyard manat təşkil etmişdir. Bakı Fond Birjasının ümumi ticarət dövriyyəsinin ÜDM-ə nisbəti 18 faizə yüksəlmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.