İqtisadiyyat

Azərbaycan Gürcüstana ən çox yanacaqı i xrac edən ölkə oldu

4 Yanvar 2022 23:59
1 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan yanacaq-sürtkü materiallarının idxalını 2020-ci ilin eyni dövrü ilə müqayisədə (319,8 milyon dollar) 6,5 faiz artıraraq 340,9 milyon dollara çatdırıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Gürcüstan həmçinin 2021-ci ilin noyabr ayında da Azərbaycandan yanacaq-sürtkü materialları idxalını 2020-ci ilin müvafiq dövrü (35,6 milyon dollar) ilə müqayisədə 15,1 faiz, öncəki ayla (40 milyon dollar) müqayisədə isə 2,5 faiz artıraraq 41 milyon dollara çatdırıb.

Beləliklə, Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstana yanacaq-sürtkü materialları ixrac edən ölkələr arasında birinci yerdədir. Daha sonra Rusiya (239,6 milyon dollar) və Türkmənistan (175,7 milyon dollar) gəlir.

2021-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın ümumi yanacaq və sürtkü materialları idxalı 2020-ci ilin eyni dövrü (812,1 milyon dollar) ilə müqayisədə 35,4 faiz artaraq 1,1 milyard dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.