İqtisadiyyat

Rəqəmsal manat ola bilər

8 Dekabr 2021 13:22
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatın yaradılması üzrə tədqiqatlar aparır və hökumətin bu istiqamətdə danışıqları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Beşinci Beynəlxalq Bankçılıq Forumu"nda deyib.

"Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarına əsasən, dünyada tranzaksiyaların 88 faizi dollarla, 4 faiz yuanla həyata keçirilir. Rəqəmsal məsələdə yuanın bir addım qabaqda olması onu göstərir ki, biz rəqəmsal valyutalar dünyasında böyük dəyişikliklərin şahidi olacağıq. Rəqəmsal valyuta demək olar ki, maliyyə və bank sektorlarını böyük miqyasda dəyişəcək", - deyə o, bildirib.

Onun sözlərinə görə, ölkədə maliyyə sektorunda dəyişikliklər baş verir.

"Onlardan sonuncusu blokçeyn texnologiyaları əsasında kriptovalyutanın tətbiqi olub. Artıq rəqəmsal manatın yaradılması üzrə işlər başlayıb. Azərbaycan hökuməti bu məsələ ilə bağlı danışıqlar aparır", - V.Qasımlı deyib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.