İqtisadiyyat

Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb

3 Dekabr 2021 17:08
Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev UNEC İqtisadi Forumunun panel müzakirələri zamanı deyib.

"İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasına dair strateji hədəfin olduğu hər kəsə bəllidir. Azərbaycanın Energetika Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu səhədə olan beynəlxalq təcrübəni araşdırmağa başlayıb. Eyni zamanda, müvafiq ekspertizalar təşkil olunmaqla ərazidəki iqlim şəraiti, bərpa olunan enerji mənbələrinin potensialının ilkin dəyərləndirilməsi həyata keçirilib. Müvafiq olaraq işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının konepsiyasının hazırlanması məqsədi ilə bu səhədə ixtisaslaşmış məsləhətçi şirkət olan TEPSCO şirkəti ilə birlikdə konsepsiya sənədi hazırlanıb. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri alındıqdan sonra yenilənmiş variant baxılması üçün hökumətə təqdim edilib. Bu konsepsiya ilk növbədə ərazidə yaşıl enerjidən istifadəni əks etdirir və məsləhətçi şirkətlə birlikdə biz beyməlxalq təcrübəni araşdırmışıq. Yaşıl enerji sahəsinə dair konseptual bir anlayış formalaşdırılıb", - deyə o bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.