İqtisadiyyat

"Enerji sektoruna qlobal investisyalar üçqat artmalıdır"

2 Dekabr 2021 14:12
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialının istifadəsi üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji investisiya forumunda deyib.

Nazir vurğulayıb ki, Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonaları yaradılır, xarici şirkətlərlə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı razılıqlar əldə olunub.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə "yaşıl zonalar"ın yaradılması təşəbbüsü "yaşıl" texnologiyaların, səmərəli və "ağıllı" sistemlərin tətbiqini nəzərdə tutur.

Nazir xatırladıb ki, Qlazqoda keçirilən COP26 toplantısında Azərbaycan azad edilmiş əraziləri "xalis sıfır zona" kimi görmək niyyətində olduğunu bildirib.

"Bu gün, ekoloji problemlərin miqyasının artdığı bir vaxtda hökumətlərə dayanıqlı enerji təhlükəsizliyini təmin edəcək güclü enerji siyasəti lazmdır. Mövcud enerji böhranının təsirləri də göstərir ki, enerji keçidi ilə bağlı sərt və tələsik siyasi ritorika enerji təhlükəsizliyi və ekoloji davamlılıq arasında daha sağlam tarazlıq nəzərə alınmaqla yenidən nəzərdən keçirilməlidir. 2030-cu ilədək tullantıların sıfır səviyyəsinə çatmaq üçün enerji sektoruna qlobal investisyalar üçqat artmalıdır", - deyə P.Şahbazov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.