Mədəniyyət

Beynəlxalq "Golden Palm Awards" ilk dəfə olaraq Bakıda keçirilib - FOTO

14 İyul 2021 19:42
3 Şərh     Baxış: 1 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Reputation Inc" PR və Event şirkətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq "Golden Palm Awards" qala gecəsinin  aparıcıları Elvin Mərdanov və Türkiyənin tanınmış modeli, aktrisası Özgə Ulusoy oldu.

Sayca 8-ci olan qala gecədə Türkiyə ilə yanaşı ölkəmizin sayılıb seçilən, öz sahəsində böyük uğurlar və nailiyyətlər qazanan, eyni zamanda cəmiyyətdə faydalı təşəbbüslərlə yaddaqalan şəxslər mükafatla təltif olunublar.

Laureatlar sırasında- Azərbaycanın Cənubi Afrika Respublikasında Müvəqqəti İşlər Vəkili Yamin Cəfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim, Millət vəkilləri Qənirə Paşayeva və Vüqar İskəndərov, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, xalq artistləri Faiq Ağayev və Röya Ayxan, peşəkar kikboksçu, dünya və Avropa çempionu

Eduard Məmmədov, Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti Pərvin Şərifo,  rəssamlar Nigar Abbasbəyli və Həlimə Ələsgərova, şairə və pianoçu Zəhra Bədəlbəyli, şairə Leyla Ələkbərova, teleaparıcı Lalə Azərtaş, dizaynerlər Aygün Talıbova və Aygün Ağamalı, memar-dizayner Rafael Abbasov, gənc ifaçı Kamilla Məmmədzadə və başqaları. Türkiyə nümayəndələri - Hilal Suerdem, Şahin Kırbıyık, Cüneyt Asan, Sonay Gökhan,   Sevgi Ekiyor və başqaları.

"Reputation Inc" şirkətinin təsisçisi Agil Məmiyevin sözlərinə əsasən "Golden Palm Awards" - Türkiyə və Azərbaycan arasında mədəniyyət sahəsindəki uğurlu əməkdaşlığın bariz nümunəsidir və çox sevindiricidir ki, qardaş ölkənin uğurlu simaları paytaxtımızda qonağ olub bizimıə bərabər oldular.

"Golden Palm Awards" layihəsinin ölkəmiz üzrə direktoru Sadiq Cəfərli, PR direktoru isə Vüqar Səfərlidir.

Qeyd edək ki, VII Golden Palm Awards Istanbulda 2019-də baş tutub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.