Mədəniyyət

Yaradıcı uşaqların nəzərinə

19 İyun 2021 16:34
Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il  22 iyun tarixində saat 10:00-da "Azərbaycanım" IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün  növbəti  plener keçiriləcək.

Bu dəfə plenerdə - açıq havada şəkil çəkmək üçün Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının dərnək üzvlərinin bir qrupu dəvət olunub.

Xatırladaq ki, festival çərçivəsində keçirilən plenerlər "Nizami Gəncəvi İli"nə həsr olunur.

Məqsəd rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri  və şəhərimizin  qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

Festival çərçivəsində plenerlər mütamadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Plenerlər Xətai Sənət Mərkəzinin qarşısında keçiriləcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.