Mədəniyyət

"Vəsiyyət etmişəm ki, xəstələnsəm, evimə kamera girməsin"

26 Dekabr 2020 15:41
Baxış: 1 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buradan köçüb getmə imkanlarım olub. Amma etmədim. Vətəni sevən insanam. Bircə dəfə Hollivudda olanda paxıllıq hissi keçirdim. Pis olmuşdum. Fikirləşdim ki, eyni sənətin daşıyıcılarıyıq. Bəxtiniz gətirib sizi dünya tanıyıb, bizi yox. Sonra o da keçdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Fatehin divanı" proqramında deyib. Aktrisa sənətdə özünü çərçivələrə salmadığını söyləyib:

"Çərçivələri sevmirəm. Düşünmürəm ki, 35 il buradayam, artıq oturuşmuş halım var. Bu gün özümü tələbə kimi də apararam. Hər teatrda oynayaram. Bircə baletə gedə bilmərəm".

S.İsgəndərli qızına etdiyi vəsiyyəti də açıqlayıb:

"Demişəm ki, xəstələnsəm evə çəkiliş gəlməsin. Bu günə kimi evimə kamera girməyib. Bir dəfə bir müğənninin xəstə yataxığında görüntülərin gördüm. Onda qərar verdim ki, olmaz". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.