Mədəniyyət

Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları tapıldı

3 Dekabr 2020 14:30
Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunun Bənövşələr qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri - iki ədəd saxsı qab və çoxlu saxsı qırıntılar aşkar olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından Milli.Az-a verilən məlumata görə, aşkar edilən mədəniyyət nümunələri Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov aşkar olunan saxsı qablardan birinin qara cilalı olmasının maraq doğurduğunu deyib, bu qabın muzeydə qara cilalı ilk saxsı eksponat olduğunu söyləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov isə bildirib ki, tapıntılar son tunc - erkən dəmir (e.ə. XII-XI əsrlər) dövrünə aiddir və yaxınlıqdakı Palıdlı nekropolunun materialları ilə eyni tiplidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.