Mədəniyyət

"Oğlum və kürəkənim cəbhədədir" - Əməkdar artist

9 Noyabr 2020 18:11
Baxış: 2 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nuriyyə Hüseynovanın həkim oğlu ön cəbhəyə yollanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu haqda "Gündən-günə" proqramında deyib. O bildirib ki, övladı hazırda vəzifə borcunu orada yerinə yetirir:

"Oğlum həkim və cərrahdır. O Bakıda işləyirdi. 10 gün əvvəl ön cəbəhəyə yollandı. Dedi ki, orada bizim igid qəhərmanlarımız döyüşür, onlara kömək lazımdır. Onlar buradakı xəstəxanalara çatdırılana qədər qanaxmadan vəfat edə bilərlər. Ona görə də mən orda olub onlara kömək etməliyəm".

N.Hüseynova deyib ki, hazırda ön cəbhədə kürəkəni və iki bacısının oğlu da var:

"Biz onlar üçün narahatıq. Lakin eyni zamanda torpaqlarımız işğaldan azad olunduğu üçün sevinirik. Sadəcə onu demək istəyirəm ki, mənim və xalqımızın qəhrəman oğulları tək analarının deyil, onlar bu vətənin də övladlarıdır. Onların borcudur ki, vətənin dar günündə yanında olsunlar. Mən onları Allaha əmanət edirəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.