Mədəniyyət

“Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsinin nəticəsi elan olundu

9 Oktyabr 2020 20:25
Baxış: 1 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koronavirus" pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə iyun ayında Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, "ASAN radio", "Azərbaycan" dərgisinin birgə təşkilatçılığı ilə "Biz birlikdə güclüyük" adlı birpərdəli pyes müsabiqəsi elan edilimişdi. Müsabiqənin təşkilində əsas məqsəd  koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni teatr sənətinin də aktual mövzusuna çevirməkdi. Müsabiqə şərtlərinə görə, pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməli idi. Müsabiqəyə maraq göstərən bir çox gənc qələm sahibləri yeni pyeslərini təqdim ediblər. Bu müddət ərzində təqdim olunan əsərlər gizli münsiflər heyəti tərəfindən oxunub.  

Münsiflərin müzakirəsindən sonra gənc yazıçı-ssenarist Pərviz Seyidlinin "Mələk" pyesi müsabiqənin qalibi elan olunub.  

Qeyd edək ki, qalib pyes seçildikdən sonra əsər bu ilin sonuna qədər teatr səhnəsində qurulmalı və tamaşaçıların müzakirəsinə verilməlidir. Pyes həm də "Azərbaycan" dərgisində işıq üzü görəcəkdir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, karantin rejiminin ləğvi və teatrların fəaliyyətinin bərpasından sonra əsərə quruluş veriləcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.